Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
CASCFEN sədri Nadir Azəri Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiqlə görüşüb.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) yeni əməkdaşlıqların qurulması istiqamətində fəaliyyətini davam etdirir.
Xüsusilə 2025-ci il yanvarın 25-də keçirilmiş CASCFEN rəhbər heyətinin ilin ilk genişləndirilmiş birgə iclasında səsləndirilən təkliflər və qəbul edilmiş qərarlar istiqamətində səmərəli addımlar atılır”.
Bu barədə xalqcəbhəsi.az-a CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, artıq bir sıra təşkilatlarla görüşlər başlanılıb: “Bu istiqamətdə təhsil sektorundakı ilk görüş isə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiqlə olub.
CASCFEN sədri Nadir Azəri ilə Şəmil Sadiq arasında Hədəf Şirkətlər Qrupunun ofisində keçirilən görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə CASCFEN haqqında geniş bilgi verən Nadir Azəri rəhbərlik etdiyi təşkilatın təhsil sektoru ilə əməkdaşlığı hər zaman prioritet olaraq ön sırada tutduğunu deyib.