Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"The Wall Street Journal" dərgisinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır.
Bu mövzuda müzakirələr başlayıb. Donald Tramp həm Moskva, həm də Pekinlə dialoqu genişləndirməyə çalışır. Bu görüş nəyi dəyişəcək?
Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb: "ABŞ Prezidentinin bu görüşlərdən bir neçə məqsədi var.
Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və bu ölkə ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir.
İkincisi, Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə razılaşma əldə etmək istəyir.
Məsələ burasındadır ki, "soyuq müharibə" illərində nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar yalnız ABŞ-la keçmiş SSRİ ilə arasında gedirdi.
Bu müddətdə Çin də nüvə arsenalını gücləndirdi. Hazırda nüvə silahlarının sayına görə Çin ABŞ və Rusiyadan geri qalmır.