Biri danışıq aparır, o biri havadan qorxub “Sumqayıt”ı yalqız qoyanların cavabı

22.12.2024

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sumqayıt” “Kəpəz”lə səfər matçında dəstəksiz qaldı. Tovuzda nə “UltraSumqayıt” var idi, nə də “Kimyaçılar”.

“Football-plus.az” olaraq, hər iki azarkeş qrupunun rəhbərindən bunun səbəbini soruşduq.
Qüdrət Allahverdiyev (UltraSumqayıt):

“UltraSumqayıt” olaraq, danışıqlar aparmalıyıq. Bu fanklub Sumqayıt əhalisinindi. Onların fikirləri bizim üçün çox önəmlidi. Klub tərəfindən heç bir kömək olmayacaq. Biz də onlardan bunu gözləmirik”.


Sənan Mirzəyev (Kimyaçılar):

“Tovuzdakı oyunda olmamağımızın səbəbi odu ki, havanı çox qarlı, yağışlı demişdilər. Buna görə risk etmədik”.


ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью