Biri əkiz olmaqla, 3 azyaşlı qardaş yanıb öldü

22.02.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Kurqan vilayətində evdə yanğın baş verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şadrinsk şəhərində fərdi evdə baş verib.

Xilasedicilər yanğını söndürərkən üç oğlan uşağının cəsədini aşkar ediblər: onlar dörd yaşlı əkiz və üç yaşlı körpədir. Yeddi yaşlı qız dörd aylıq qardaşını yanan evdən çıxara bilsə də, digər uşaqları xilas edə bilməyib.

Yanğın zamanı valideynlər yox idi: ata işdə, anası isə qısa müddətə mağazaya gedib. Uşaqlar yanğına qərq olmuş evdə tək qalıb.

100 kvadratmetr ərazini əhatə edən yanğının söndürülməsinə 37 xilasedici və 15 ədəd xüsusi texnika cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью