Biri manevr edirdi, digəri isə ötmə: İkisi də qəzaya düşdü VİDEO

28.04.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qayda pozan sürücülərin qəzaya düşdükləri anın görüntüsü nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, sürücülərdən biri sağa manevr edib qarşıdakı maşını keçmək istəyən zaman, arxadan gələn sürücü ötmə qaydasını pozub. Hər ikisi eyni anda manevr etdiyi üçün qəza qaçılmaz olub.

Videodan da aydın şəkildə görünür ki, yolda hər istiqamətə 1 hərəkət zolağı var. Qarşısında dayanan avtomobilləri sağdan keçmək istəyən sürücü güzgüəyə baxmadan manevr edib, arxadan gələn sürücü isə onu sağdan ötməyə çalışıb.

Hər iki sürücünün səhv manevri nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью