Biri ölməsə, o biri dirilməz..?

25.02.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

...Marqarita Simonyan komaya düşən Keosayanın yerinə “Beynəlxalq mişar dəyirmanı” (“Mejdunarodnuyu piloramu”) verilişini aparacaq.

Deməli, teleaparıcının həyat yoldaşı müvəqqəti olaraq yox olan Tiqran Keosayanı əvəzləyəcəyini açıqlayıb.

Xatırladaq ki, yanvarın əvvəlində teleaparıcı Tiqran Keosayanın komaya düşdüyü məlum olub.

Həyat yoldaşı, RT telekanalının baş redaktoru Marqarita Simonyanın sözlərinə görə, teleaparıcının ürəyində ciddi problemlər var.

Və o, bir neçə il fərqlə iki dəfə infarkt keçirib.

Bundan əlavə Marqarita bu yaxınlarda xəbər vermişdi ki, olmayan ərini əvəzləyəcək və onun üçün NTV-də “Beynəlxalq mişar dəyirmanı” (“Mejdunarodnuyu piloramu”) proqramını aparacaq.

...Və eyni zamanda, o vurğulayıb ki, bu, Keosayanın vəziyyətinin ağır olduğu dövr üçün müvəqqəti bir tədbirdir, yəni o qayıdandan sonra bu da öz işinə qayıdacaq..?

...O qayıdana qədər bu verilişi aparacağam, amma bu, tamam başqa proqram olacaq. Məndə onunla eyni yumor hissi, eyni cazibə, eyni parıldama yoxdur.

Maraqlıdır, bunu deyən Marqarita...dediklərinə inanırmı?

Və bəs onda niyə həftədə, heç olmasa bir dəfə də olsun xəstə əriunə baş çəkmir: komadadır, adam tanımır deyir..?

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью