Biri “Qloriya Buzeu”, bəs o biri?

04.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Sabah Türkiyəyə yollanacaq “Turan Tovuz”un rəqiblərindən biri Rumıniya çempionatının autsayderi “Qloriya Buzeu” olacaq.

Bəs Kurban Berdıyevin komandası bu rəqiblə birinci, yoxsa ikinci oyunda qarşılaşacaq? Növbəti rəqib müəyyənləşdimi? “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev:

“Qloriya Buzeu” ilə oyunumuz ilkdi. 2-ci oyunda rəqibin kim olacağı dəqiqləşməyib. Hazırda danışıqlar gedir. Hazırlıq planına uyğun rəqib axtarışındayıq”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью