“Biri silah, o biri bıçaq çıxarır” Əbdül Xaliddən həyəcan təbili

30.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əbdül Xalid məktəblərdə şagirdlərin müəllimlərə qarşı davranışından narazıdır.

“Yeni Sabah” xəbər verir ki, ifaçı onların telefonla müəllim görüntülərinin paylaşılması hallarına hörmətsizlik sayır:

“Bizim dövrümüzdə müəllimdən valideynlərimizdən daha çox qorxurduq. Düşünürdük ki, müəllimin xoşuna gəlməyən bir hərəkət etsək, bizi tənbeh edər, valideynimiz isə bunun beş qatını edər. Bu tərbiyə evdən gəlir. 10-11-ci sinif şagirdlərinin belə tərbiyəsiz hərəkətlərə yol verməsi məni çox məyus etdi”. pizza mizza

Əbdül Xalid məktəblərdə baş verən intihar, özbaşınalıq və şagirdlərin silah və bıçaq gəzdirməsi hallarından da narahatlığını bildirib. Müğənni Təhsil Nazirliyinin rəhbər orqanlarına müraciət edərək məktəblərdəki vəziyyətə müdaxilə olunmasını istəyib. O, gənclərin davranışları ilə bağlı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью