Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Samir Əli yazır...
Dünən Bakıda - Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Ayntraxt" matçı əvvəlcədən Ağdam təmsilçilərinin məğlubiyyətinə hesablanmışdı.
Bunu oyunun ilk dəqiqələrindən görməmək mümkün deyildi. Oyunu idarə edən isveçrəli hakim Sandro Şarer ilk dəqiqələrdən nümayiş etdirdi ki, B
Elə oyunun 4 dəqiqə bilərəkdən gec başlanılması da buna sübut idi.
Guya ki, Sandro Şarerin qulaqlığında problem yaranıb, ona görə də oyun gecikir. Bu, birbaşa "Qarabağ"a oyun öncəsi psixoloji təzyiq idi.
Bunun ardınca hakimin növbəti "sürpriz"i lap gözlənilməz oldu.
Sandro Şarer oyun başlayana qədər ikinci "sürpriz"i ilə komandamızın əsəbləri ilə tam oynaya bildi.
Elan etdi ki, oyun başa çatana qədər VAR sistemi işləməyəcək.