Biri vardı, biri yox…

26.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Rövşən Nəcəf necə istiqanlı, səmimi adamdır…

Doğrudanmı elədir, yoxsa bu, uzaqdan yanılmadır?

FIFA U-15 Dünya Kuboku və Festivalı başlayandan hər gün görünür.

Komandanın hər bir üzvü ilə görüşür, onlarla foto çəkdirir.

Rövşən Nəcəfin qatı “Neftçi” fanatı olduğunu hələ “ağ-qaralar”a rəhbərlik etdiyi vaxtdan eşitmişdik.

Futbola tez-tez gəlir. Millinin xarici səfərlərində olmasa da, burdakı oyunları buraxmır.

AFFA prezidenti seçiləndən qısa müddət sonra SOCAR-ın inzibati binasında idman mediasının nümayəndələri ilə geniş tərkibdə görüşünü xatırlayıram. Səhv etmirəmsə, 50-ə yaxın qonağa oturduğu yerdə yaxınlaşaraq, bir-bir əl verib görüşmüşdü.

Görüşü yarımçıq tərk etmişdim, bilmirəm sonadək eyni aura qalmışdı, yoxsa…

Bir sözlə, AFFA-nın prezidenti sələflərinə nəzərən çox kommunikasiyalı, non-oliqarx obrazındadır.

Elə bil, bizdən biriymiş kimi…

Assosiasiyanın keçmiş prezidenti Rövnəq Abdullayev də zahirən səmimi insan təsiri bağışlayırdı, lakin Rövşən bəy çox fərqlidir. Onun qədər sərhədsiz, istiqanlısı olmayıb.

U-15 festivalındakı görüntüləri izləyin, razılaşacaqsınız mənimlə.

Di gəl ki…

Belə “bizdən biri” təsirli adam futbolla bağlı tutarlı qərarlar vermir/verə bilmir.

“Neftçi”də də belə idi, AFFA-da da.

Adam istəyir ərkyana, özünün ətrafa saçdığı rahatlıqla yaxınlaşıb desin ki, Rövşən müəllim, nə var burda çətin, 2-3 tutarlı qərarla kökündən dəyişmək olar hər şeyi.

Amma olmur.

Çünki biri vardı, biri yox…

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью