Biricit Makronu yenidən vurub? VİDEO

29.06.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heysəm bin Tariq Əl Səidlə keçirdiyi rəsmi görüş zamanı günəş eynəyi taxması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Makron eynəyi təkcə qarşılanma mərasimində deyil, həm də qapalı məkanda keçirilən danışıqlar və sənədlərin imzalanması mərasimində də çıxarmayıb.
Hadisə Fransa siyasətində müzakirələrə səbəb olub. Sağ yönümlü "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot sosial şəbəkədə paylaşım edərək Makronun bu görünüşünü şərh edib.
O, istehzalı şəkildə bunun Prezidentin həyat yoldaşı Bricit Makronun ona vurduğu növbəti "şillə"nin nəticəsi ola biləcəyini iddia edib.
Xatırladaq ki, 2025-ci ilin mayında Vyetnama rəsmi səfəri zamanı təyyarədən düşərkən həyat yoldaşı Bricit Makron Fransa Prezidentinə sillə vurmuşdu. Bu hadisə nəinki Fransada, bütün dünyada geniş müzakirələrə səbəb olmuşdu.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью