Birigün Bakıətrafı yollardan biri bağlanacaq

15.05.2025

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 17-dən Bakıətrafı yollardan biri bağlanacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Gecə saat 00:00-dan etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyatın hərəkətinə qadağa qoyulacaq.

Buna səbəb Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində inşa olunan tunelin giriş hissəsinin tikintisidir. Hərəkət məhdudiyyəti tikinti başa çatanadək qüvvədə qalacaq.

Sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etmələri tövsiyə olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью