Birinci hissədə çəkingən, ikinci hissədə daha yaxşı oynadıq

09.02.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyun haqda danışıb.

Fanat.Az xəbər verir ki, rusiyalı çalışdırıcı 2:1 hesablı qələbəni belə şərh edib:

“Əlbəttə, uzun müddətdən sonra qalib gəlmək çox məmnunedici hissdir. Xüsusilə iki qol vurub qalib gəlmək çox xoşdur. Bu gün oyunçularla sakitləşdirici danışıq oldu. Müdafiə xəttimizlə bağlı danışdıq və səhvlərimizi düzəltməli olduğumuzu danışdıq. Birinci hissədə çəkingən, ikinci hissədə daha yaxşı oynadıq. Həmçinin komandada bəzən zədəlillər də olur və dəyişiklər etməli oluruq. Gələn oyunda bütün oyunçularımızı sırada görməyə ümid edirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью