Birinci liqa klublarından da cəlbedici təklif olarsa... Elmar Baxşıyev

30.05.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Ötən ilin dekabrından işsiz olan Elmar Baxşıyev karyerasını yenidən bərpa etmək niyyətindədi.

45 yaşlı çalışdırıcı "Football-plus.az"a açıqlamasında uyğun təklif alacağı təqdirdə işləməyə hazır olduğunu bildirdi:

"Heç bir klubla danışıq aparmamışam. Elita və ya birinci liqa – fərqi yoxdu. Birinci liqa klublarından da cəlbedici təklif olarsa, üzərində dayanmaq mümkündü".


Xatırladaq ki, Baxşıyev daha öncə "Araz-Naxçıvan"ı və "Qəbələ"i çalışdırıb.
MURAD ABDULLAZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью