Birinci Liqa klubu “Qarabağ” və “Qəbələ”nin yetirmələrini transfer edib

17.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Yeni mövsümdə Azərbaycan Birinci Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” heyətini iki futbolçu ilə gücləndirib.

Klubun icraçı direktoru Elvin Əjdərli AZƏRTAC-a açıqlamasında müdafiəçilər Rəhim Cəfərli və Nemət Şıxamirovun transfer olunduğunu bildirib.

Hər iki oyunçu ilə bir illik müqavilə imzalanıb.

Cəfərli son olaraq “Mingəçevir”də, Şıxamirov isə “Şimal”da çıxış edib. Onlar, müvafiq olaraq, “Qarabağ” və “Qəbələ”nin yetirmələridir.

Elvin Əjdərlinin sözlərinə görə, komanda bu gündən yeni mövsümün hazırlıqlarına start verəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью