Birinci Liqa klubunun üzvləri üçün seminar təşkil olundu

26.03.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın I Liqasında çıxış edən “Karvan” klubunun üzvləri üçün seminar təşkil olunub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə AFFA-nın Hakimlər Komitəsinin üzvü FIFA referisi Anar Salmanov, həmçinin Yevlax təmsilçisinin futbolçu və məşqçi heyəti iştirak edib.

FIFA referisi oyun qaydaları barədə iştirakçılara məlumat verib, videoçarxda nümayiş olunan epizodları şərh edib. Həmçinin müxtəlif epiozdlarla bağlı müzakirələr aparılıb.

Görüşdə hakimlik və oyun qaydaları ilə bağlı suallar da cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью