Icma.az, Apasport saytına istinadən bildirir.
Bu gün Azərbaycan Birinci Liqasında 26-cı tur start götürəcək.
Apasport.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.
Artıq çempionluğu rəsmiləşdirmiş "Qəbələ" 4-cü yerdəki "Zaqatala" ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
Bu matçdan sonra "Qəbələ"yə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.
Xatırladaq ki, 1-ci liqada "Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün vəsiqəni təmin edib.
15 may
17:00. “Qəbələ” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev
Qəbələ şəhər stadionu
"Göyəzən" və "Xankəndi" II Liqa yolunda: İNAMLI QƏLƏBƏLƏR İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil” Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib "Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar