Birinci liqada futbolçulara ağır cəza

07.05.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA Azərbaycanın I Liqasında çıxış edən “Cəbrayıl”ın futbolçusunu 3, “Difai” və “Mingəçevir” klublarının oyunçularını isə 4 oyunluq cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

I Liqanın XXIV turunda baş tutan “Cəbrayıl” – “Baku Sporting” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Bölgə təmsilçisi 200 manat cərimələnib.

Bundan başqa, xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat, 4 futbolçusu sarı vərəqə görən “Baku Sporting” isə 70 manat ziyana düşüb.

“Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Difai”dən Riad Abbaszadə, “Mingəçevir”dən isə Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Hər iki klub futbolçularının hərəkətlərnə görə 300 manat cərimələnib.

Mingəçevir təmsilçisi həmçinin oyununun 61-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 150 manat ödəyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью