Birinci Liqanın debütantı baş məşqçi ilə bağlı qərarını verdi

25.06.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birinci Liqaya vəsiqə qzanan "Xankəndi" baş məşqçisi Zaur Hacıyev ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi ötən mövsüm komandanı İkinci Liqada çempion edən mütəxəssisi saxlamaq niyyətindədir.

Artıq tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunub. Yaxın günlərdə müqavilənin müddətinin artırılması rəsmən açıqlanacaq.
Qeyd edək ki, "Xankəndi" ötən mövsümü İkinci Liqada çempionluğu bayram edib və Birinci Liqaya vəsiqə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью