Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Birinci Liqasının lideri “Şahdağ Qusar” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə Premyer Liqa təmsilçisi “Şəfa” ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, yoxlama görüşündə Qusar klubu 2:1 hesablı qələbə qazanıb.
Füzuli Məmmədovun rəhbərlik etdiyi komandanın qollarını İdir Butrif və Gülağa Əsədov vurublar. “Şəfa”nın heyətində fərqlənən futbolçunun adı açıqlanmayıb.
Qeyd edək ki, “Şahdağ Qusar” Birinci Liqada keçirdiyi yeddi oyundan 18 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Zaur Həşimovun çalışdırdığı “Şəfa” isə Premyer Liqada 11 turdan sonra beş xalla 11-ci pillədə qərarlaşıb.
Fasilədən sonra Qusar təmsilçisi Birinci Liqada “Gəncəbasar”la, “Şəfa” isə Premyer Liqada “Qəbələ” ilə qarşılaşacaq.