Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sumqayıt" Bizon ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Zirə"ylə heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Kubok oyunları iki oyundan ibarətdi. Birinci matçda bərabərsəviyyəli oyun gördük. Komandalar hərəyə bir neçə qol epizodu yaratsa da, dəyərləndirə bilmədi. Nəticədə "sülh" qeydə alındı.
- Premyer-liqada da "Zirə"ylə qarşılaşacaqsınız. Bu məqam işinizdə çətinlik yaradırmı? Hansısa taktiki gedişləri gizlətmək fikriniz varmı? Və ya bu matçda gizlətdinizmi?
- Düzdü. Amma hansısa plan yoxdu. Əldə olan futbolçulardan istifadə edirəm. Optimal heyət formalaşdırmaq, müsbət nəticələr qazanmaq istəyirik.
- "Sumqayıt" ehtiyatlı çıxış etdi. Fürsətlər boşa verildi. Bu baş məşqçinin planıydı, yoxsa oyununuz alınmadı?
- Bəli, ehtiyatlı oynadıq. "Zirə" kimi rəqibə qarşı diqqətli oynamalısan. Ancaq hava şəraiti də performansımıza təsir etdi.
- Son dəqiqələrdə "Zirə" təzyiqi artırdı. Səbəb müdafiə xəttinizdə çatışmazlıqların çox olmasıdı?
- Sizinlə razı deyiləm. Futbolda bu cür hallar olur. Zəif oynadığımızı deməzdim. Bəzi gənc futbolçular zədələnmişdi. 90 dəqiqə oynamağa hazır deyildilər. Bu məqamın da təsiri ola bilər.
- Futbolçular xeyli top itkisinə yol verdi. Ötürmələr dəqiq alınmırdı. Bu, nəylə bağlı idi?
- Hava şəraitinə görə... Lakin meydançanın durumu yaxşı idi. Ona görə bunu bəhanə edə bilmərik. Futbolçularıma həmişə deyirəm ki, topu itirsəniz belə sona kimi mübarizəni davam etdirin.
KƏNAN BAHADIR