Birinci olmayanların etirazına belə cavab verdi

10.10.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Radio aparıcısı Kazım Sübhan təqdim etdiyi “Hit Parad“la bağlı ona edilən müraciətlərdən yazıb

Axşam.az xəbər verir ki, aparıcı bəzi ifaçıların sıralamadakı yerlərindən narazılıq etdiyini bildirib. O, reytinqin onun deyil, dinləyicilərin seçimindən asılı olduğunu vurğulayıb.

Kazım qeyd edib ki, ifaçılar birinci yerdə qərarlaşanda ona təşəkkür etmirlər, lakin sıralamada gerilədikdə dərhal səbəbini soruşurlar.

“Bəziləriniz mənə yazırsınız ki, niyə mən yoxam, niyə bu pillədəyəm? Bu sualın cavabı məndə deyil. Çünki bu sıralamanı mən yox, dinləyici müəyyən edir.

Siz birinci yerdə olanda heç mənə yazmırdınız ki, ay Kazım, nə yaxşı birinci olmuşam, dinləyicilərə mənim adımdan təşəkkür et. Amma sonuncu pillələrdən birində olanda, yaxud bir az geriləyəndə həmin dəqiqə yazırsınız ki, mən niyə bu pillədəyəm? Açığı, bəzilərinizin bu reaksiyası mənə çox qəribə gəlir” deyə, aparıcı bildirib.

Kazım əlavə edib ki, “Hit Parad“ dinləyicilərin seçimi əsasında formalaşır və ifaçıların sıralamadakı mövqeyini özü müəyyənləşdirmir. Onun sözlərinə görə, istənilən ifaçı müxtəlif vaxtlarda birinci, orta və ya sonuncu pillələrdə qərarlaşa bilər.

Aparıcı narazılıq edənlərə səslənərək mahnıların sıralamasını izləməyin və səsləri özlərinin də yoxlamağının mümkün olduğunu qeyd edib. O, ifaçıların mövqelərinə görə incimələrini və narazılıqlarını bildirmələrini gərəksiz hesab etdiyini vurğulayıb.

Kazımın fikrincə, əsas məsələ mahnının dinlənilməsi, dinləyicilər arasında müzakirə olunması və “Hit Parad“ın bir hissəsinə çevrilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью