futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Şaxtyor”un baş məşqçisi Arda Turan Konfrans Liqasında “Kristal Pelas”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis birinci matçda 1:3 hesablı məğlubiyyətə baxmayaraq, final üçün mübarizə aparacaqlarını deyib:
“İlk oyun geridə qaldı. Matça yenidən başlaya bilərik. Həmişə yaxşı oynaya bilməzsiniz, lakin sona qədər döyüşmək lazımdır. Birinci oyunda “mat” oldum. Bu dəfə vəziyyəti dəyişməyə, azından məğlub olmamağa çalışacağıq”.
“Kristal Pelas” – “Şaxtyor” oyunu saat 23:00-da start götürəcək.