Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sovet Azərbaycanında doğulan indiki insanlar uşaq vaxtı “Birinci qar, birinci qar!” şeirini əzbərdən bilirdi.
Nədən ki, dərsliklərə salındığından uşaqlara keçilirdi: Dağlara qar yağdı bu gün, Birinci qar, birinci qar!
Hər bir tərəf ağdı bu gün, Çölə çıxın, ay uşaqlar! Yadınızdan çıxmasın ha, Qartopu da, ay uşaqlar!
Doğrudan da, bunsuz daha Nəyə lazım birinci qar? Müəllimlər bu şeiri uşaqlara öyrətməkdə o qədər əziyyət çəkmirdilər.
Asanlıqla iti uşaq hafizəsi ürəyəyatımlı sadə, oxunaqlı dildə yazılan şeiri yaddaşına həkk edirdi.
Elə ki, qar yağdı çöldə-bayırda uşaqların səsi eşidilirdi: “Dağlara qar yağdı bu gün, birinci qar, birinci qar!”.
Deyərdim ki, qarın yağması uşaqları daha çox sevindirirdi, xüsusilə də kənd uşaqlarını.