Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Azər Bayramov dəfn edildi

29.10.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Azər Zirəddin oğlu Bayramovun dəfn mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığı - Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Azər Bayramov 1973-cü il iyunun 24-də Bakı şəhəri, Xətai rayonunda anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşüb.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью