Birinci Qarabağ müharibəsində Ağcabədi rayonundan 53 nəfər itkin düşüb

16.05.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birinci Qarabağ müharibəsi zamanı Ağcabədi rayonundan 53 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb. Bu barədə SİA-ya Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 51 nəfər (kişi) Birinci Qarabağ müharibəsi zamanı müxtəlif döyüş əməliyyatları zamanı itkin düşüb. Ağcabədi sakini olan iki qadın isə o illərdə ailə quraraq Füzuli rayonuna köçüb. Lakin onlar həmin dövrün gərgin şəraiti ilə əlaqədar Füzulidə rəsmi qeydiyyata alınmayıblar. Rayon işğal olunanda isə itkin düşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью