Birinci Qarabağ müharibəsində itkin düşən Abdulla Quliyevin qalıqları dəfn olunub FOTO

28.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.

APA xəbər verir ki, şəhidin nəşinin qalıqları Abşeron rayon, Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. A.Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью