Birinci Qarabağ müharibəsində itkin düşən üç nəfərin qalıqları Kəlbəcər şəhərində dəfn olunacaq

02.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Daha üç Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.

APA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Qeyd edilib ki, iyulun 4-də hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlu Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью