Birinci Qarabağ müharibəsində itkin şəhidləri torpağa TAPŞIRILDI

15.05.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlər Sadiq Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlu Füzulidə dəfn olunublar.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlər Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında şəhidlər cərgəsində torpağa tapşırılıblar. Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, hər iki şəhid 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüşdü. Onların şəxsiyyətləri aparılan ekspertiza nəticəsində müəyyən olunub.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью