Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İlham Əliyevin səyi, Dövlət Komissiyasının fədakarlığı sayəsində həllinə qovuşan itkin problemi...
Birinci Qarabağ müharibəsində minlərlə soydaşımızın itkin düşdüyü, onların böyük əksəriyyətinin taleyinin bugünə qədər də naməlum olduğu yaxın tariximizin acı reallıqlarından biridir.
Uzun illərdir ki, həlli mümkünsüz olan bu problem Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri ilə tədricən həll olunmaqda, mərhələli şəkildə ortadan qaldırlmaqdadır.
Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi 8 Noyabr zəfəri sayəsində mümkün olub.
Qələbədən sonra məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyinə aydınlıq gətirmək üçün sistemli fəaliyyətə start verən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya bu sahədə böyük uğurlara imza atdı.
Hər şeydən öncə ölkəmizdə itkin problemi ilə bağlı mütəmadi beynəlxalq konfranslar təşkil edildi ki, bu da dünya dövlətlərinin diqqətinin məlum problemə cəlb edilməsində, bu problemin həlli üçün beynəlxalq səylərin birləşdirilməsində mühüm rol oynadı.
Bu baxımdan 2025-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans müstəsna əhəmiyyətə malikdir.