Birinci rübdə 12 mindən çox şəxsə pensiya təyinatı aparılıb

23.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində 12 min 600-dən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 55,04 faizini kişilər, 44,96 faizini isə qadınlar təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью