Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 15 aprel, AZƏRTAC
Yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 77,8 faizini inşa, yenidənqurma və bərpa, 9,8 faizini əsaslı təmir, 7,5 faizini cari təmir, 4,9 faizini isə sair tikinti işləri təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi inşaat işlərinin 86,9 faizini qeyrid-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirib.