Birinci rübdə Azərbaycandan çay ixracı 18 faizdən çox artıb

23.04.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında ölkədən 204,12 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən çayın dəyəri 15,1 faiz artaraq 1 milyon 757,7 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında isə Azərbaycandan 1 milyon 527,7 min dollar dəyərində yəni, 172,64 ton çay ixrac edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью