Birinci rübdə əczaçılıq məhsullarının idxalı azalıb

29.04.2025

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-mart aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 117 milyon 427 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5 milyon 91 min dollar və ya 4,2% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.07%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə Azərbaycan 122 milyon 518 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью