Birinci rübdə müavinətlər üzrə 275 milyon manat, Prezident təqaüdləri üzrə 173 milyon manat ödənilib

17.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 475 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 275 milyon manat, Prezident təqaüdləri üzrə 173 milyon manat ödənilib.

Yanvar-mart aylarında 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 761 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью