Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub

03.09.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

MÜTDA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən qəbul prosesi çərçivəsində bu günədək 124 mindən artıq uşağın I sinfə qəbul prosesi tamamlanıb.

Qeyd olunub ki, uşaqların I sinfə elektron qəbulu prosesi sentyabrın 3-ü saat 18:00-da başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью