Birinci sinfə gedənlərin sayı buna görə azalıb: Rəqəmlər hər şeyi deyir

16.09.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026–2027-ci tədris ili üzrə Azərbaycanda 124 mindən çox uşağın I sinfə qəbulu rəsmiləşib. 

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bu, 2025-ci ildə qeydə alınan 131 815 nəfərlə müqayisədə təxminən 6 % azdır. 2026-cı il üzrə qəbul prosesi tam yekunlaşmadığından son göstərici bir qədər arta bilər.

Ümumilikdə isə Azərbaycnada yeni tədris ilində birinci sinfə gedən uşaqların sayında azalma qeydə alınıb.

2020-ci ildə I sinfə 165 511 uşaq qəbul edilmişdisə, 2021-ci ildə bu say 156 107 olub.

2022-ci ildə I sinfə qəbul olunanların sayı daha 2,9 % azalaraq 151 560 nəfər olub. 2023-cü ildə isə say 137 862 nəfərə enib.

2024-cü ildə I sinfə təxminən 134 min uşaq qəbul olunub ki, bu da əvvəlki illə müqayisədə təxminən 2,8 % azdır. 2025-ci ildə göstərici daha 1,6 % azalaraq 131 815 nəfər təşkil edib.

Beləliklə, 2020–2026-cı illər ərzində I sinfə qəbul olunan uşaqların sayı təxminən 41,5 min nəfər və ya 25 % azalıb. 

“Cebheinfo.az” xəbər verir ki, 2019 və 2020-ci illə müqayisədə 2025 və 2026-cı illərdə saydakı azalmanı əsasən pandemiya dönəmində nikahların azalması ilə əlaqələndirilir. Həmin dövrdə karantin səbəbilə məhdudiyyətlərə görə nikah sayındakı azalma doğum sayını də kifayət qədər aşağı salıb.

Rəsmi rəqəmlər göstərir ki, 2020-ci ildə rəsmi nikah sayı son 20 ilin ən aşağı səviyyəsinə enib. Belə ki, pandemiyadan əvvəl, yəni 2019-cu ildə  63 869 nikah qeydə alınmışdısa, 2020-ci ildə bu say yarıbayarı azalaraq 35 348 olub. 

2021-ci ildə, yəni karantin tədbirlərinin nisbətən yumşalması ilə nikah sayında təkrar artım qeydə alınıb - 56 314. 2022-ci ildə isə bərpa dövrü başlayıb və nikah say 61 939 olub. 

2020-ci ildə qeydə alınan 35 348 nikah sayı Azərbaycan tarixində İkinci Dünya müharibəsi dövründən (1942-ci ildən) bəri qeydə alınan ən aşağı əmsallardan (hər 1000 nəfərə 3,5 nikah) biri olub. 

Ümulilkdə COVID-19 pandemiyası illərində (2020–2021) Azərbaycanda cəmi 238 min 855 uşaq dünyaya gəlib. Onlardan 126 571-i 2020-ci, 112 284-ü isə 2021-ci ilin payına düşür.

2020-ci ildə dünyaya gələn uşaq sayı (12657) bu tədris ilində birinci sinfə gedən uşaq sayı ilə (124 mindən çox) üst-üstə düşür.  

Xəzər
“Cebheinfo.az”  

Açar sözlər: Birinci sinf say

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью