Статья не опубликована
Birinci vitseprezident Mehriban Əliyeva təbrik paylaşımı edib | Icma.az

Birinci vitseprezident Mehriban Əliyeva təbrik paylaşımı edib

31.12.2024

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.

AzNews.az xəbər verir ki, paylaşımda deyilir:

Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью