Birinci xanım Maskı təhqir etdi: Rədd ol!

17.11.2024

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliyanın birinci xanımı Rozangela da Silva amerikalı milyarder İlon Maskı təhqir edib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Portalın məlumatına görə, birinci xanım Rio-de-Janeyroda G20 sammiti ərəfəsində keçirilən tədbirdə sosial şəbəkələrin tənzimlənməsinin zəruriliyini müdafiə edən çıxış edərkən kənardan gəmi fitinə oxşayan səsə təəccüblənib:

“Fikrimcə bu, Maskdır. Mən hətta səndən qorxmuram. Rədd ol İlon Mask”.

Mask isə özünün X səhifəsində birinci xanımın çıxışına LOL smayliki ilə cavab verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью