Birinci xanımın “rəqəmsallaşma” idarəçiliyi

25.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellekt və “texnioloji güc”ün siyasi fəlsəfəsi

XXI əsr dünya dövlətlərinin qlobal rəqabətə dözümlüyü hər bir ölkənin təbii sərvətləri ilə yanaşı, yüksək texnologiyaların da inkişafı, innovativliyi, ekosistemə münasibəti ilə müəyyənləşir. Bu kontekstdə XXI əsr dünyasının ən aktual rəqabət texno“güc” mövzusu Süni İntellektdir. 2026-cı il 29 iyunda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişlaf Şurasının ilk iclasında bildirib ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir.

Nəzərə alaq ki, Prezident İlham Əliyevin Azərbaycanda rəqəmsallaşma, elektron hökümət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 27 fevral 2026-cı il fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Şurası” yaradıldı. Şuranın sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva təyin olundu. Bu quruma Birinci vitse-prezidentin təyin edilməsi rəqəmsallaşmanın ən yüksək rəhbərlik səviyyəsində icra edilməsi mexanizmidir.

Rəqəmsallaşma amili pərakəndə, nizamsızlıqdan çıxaraq, dövlət miqyasında mərkəzləşdirilərək, ölkədə yeni idarəetmə modelinə transformasiyadır. Fərmanın əsas motivi Azərbaycan dövlətinin artıq süni intellekt sahəsində dünyadakı prosesləri, ölkələrarası rəqabəti, “texnoloji yarışı” rəqəmsal suverenlik üzərində qurulmasını ehtiva etməsisdir.

Eyni zamanda, 2026-2028-ci illər üzrə Prezident İlham Əliyevin 27 fevralda imzaladığı Fəaliyyət Planının təsdiqi haqda Sərəncamda 5 prioritet istiqamət (rəqəmsallşama, innovasiya, süni intellekt, kibertəhlükəsizlik və idarəetmə) üzrə müəyyənləşib ki, bu da hər bir sahədə fəaliyyətin təkmilləşməsini nəzərdə tutur. Deməli, rəqəmsallaşmada tənzimlənmə təkmilləşəcək, paralel platformalar aradan çıxacaq, vahid mərkəzləşdirilmiş yeni arxitektura modelinə transformasiya baş verəcək.

Rəqəmsal İnkişaf Şurasının yaradılması və Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasda ölkənin inkişaf perspektiv xəritəsinin də müzakirəsi göstəricisinin siyasi fəlsəfəsidir.

Rəqəmsal inkişafın siyasi-hüquqi yönü

Bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə rəqəmsal inkişaf strategiyasına həsr olunan müşavirədə məhz ölkə idarəetməsində yeni mərhələyə keçidə start verildi. Rəqəmsallaşma ayrı bir sahə yox, həmçinin əksər dövlət idarəetmə sistemində kompleks yeni inkişaf modelinin arxitekturası olaraq istiqamətləndirildi.

27 fevral 2026-cı il dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinin 2026–2028-ci illər üçün fəaliyyət planı” imzalandı. Respublikada 3 il müddətində rəqəmsal inkişaf strategiyasının siyasi-hüquqi və institusional əsası yaradıldı. Bu kontekstdə Rəqəmsal İnkişaf Şurasının təsis edilməsi də bəlli fəaliyyətlə bağlı qanunların bir mərkəzdən koordinasiyasına zəmin yaratdı.

Birinci xanım Mehriban Əliyevanın sədri olduğu şuranın məqsədi müxtəlif dövlət təşkilatlarının rəqəmsallaşma ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini, rəqəmsal keçid zamanı bir mərkəzdən əlaqənin yaradılması, rəqəmsallaşma ilə əlaqədar təsbit edilən qərarların icra olunmasına sistemli nəzarət mexanizminin qurulması və problemlərin həllinin müəyyənləşdirilməsidir. Bu, dövlət idarəetmə arxitekturasında yeni model siyasi-fəlsəfəsinin hüquqi mexanizmidir.

Rəqəmsallaşma siyasəti hansısa dövlət qurumu, yaxud ayrıca bir təsisatın fəaliyyəti ilə müəyyənləşməyərək, mədəniyyət, elm, maliyyə, iqtisadiyyat, təhsil, energetika, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, məhkəmə orqanı, inzibati sistemlər, gömrük, turizm, vergi və s. sahələrdə tətbiq olunur. Rəqəmsal İnkişaf Şurası vahid əlaqələndirilmə mərkəzi modeli olaraq rəqəmsal transformasiyada uğurlu platformadır. Bu kontekstdə Birinci vitse-prezidentin Rəqəmsal İnkişaf Şurasının 2026-cı il iyunun 29-u ilk müşavirəsindəki məruzəsində Azərbaycanın rəqəmsallaşma ilə bağlı perspektiv inkişafı göstəricilərinə diqqət yönəldildi.

Şuranın əsas vəzifəsi: çoxsahəli dövlət və hakimiyyət qurumlarının rəqəmsallaşma üzrə fəaliyyətini koordinasiya etmək; vahid yanaşma müəyyən etmək; imzalanan qərarların vaxtında və keyfiyyətlə həyata keçirilməsini reallaşdırmaqdan ibarətdir. Rəqəmsal İnkişaf Şurasının məqsədləri: yeni informasiya texnologiyalarının tətbiqi ilə ölkə iqtisadiyyatının yüksəlişi; yeni müasir innovativ ekosistemin formalaşdırılması; yerli və xarici investisiyaların ölkəyə gətirilməsi; yerli startaplara dəstək olunması; səmərəli dövlət idarəçiliyinin yeni arxitekturasının yaradılaraq müəyyənləşdirilməsidir.

Dünya dövlətlərində süni intellekt proqnozlardan daha sürətli inkişaf edərək yeni imkanlar yaratdığı kimi, yeni təhlükələrə də yol açır. Bu zəmində Azərbaycanın yeni çağırışlara, əsasən də kibertəhlükəsizlik və informasiya təhlükəsizliyində risklərə hazırlığı vacib vəzifətək qarşıda dayanır. Bu vəzifənin gerçəkləşdirilməsi dövlət strukturlarının bir yerdə səmərəli fəaliyyəti ilə bağlıdır.

Burada məqsəd Azərbaycanın rəqəmsal inkişaf və süni intellekt istiqamətində bölgənin aparıcı dövlətlərdən birinə çevirməsi xəttidir. İlk əsasda beynəlxalq təcrübənin öyrənilməsi ilə, həm də digər ölkə modellərinin də istifadəsidir. Bütün qərarlarda əsas amil ölkənin milli maraqları və mənafeləri zəminində öz ehtiyaclarına uyğun da tənzimlənməsidir.

Etimad modelinin siyasi fəlsəfəsi

Kibertəhlükəsizlik milli təhlükəsizliyin tərkib hissələrindəndir. Kiber mühitdəki “hücum atəşləri” müxtəlif informasiya vasitələri ilə bahəm, dövlətin milli təhlükəsizliyinə də təhdid yarada bilər. Belə ki, informasiya bazaları, enerji sahəsi, bank, nəqliyyat sistemi və s. müəssisələr də kiber cinayətkarların “hücum hədəfinə” çevrilmə təhlükəsinə məruz ola bilir.

Rəqəmsal İnkişaf Şurasının ilk yığıncağında Mehriban Əliyeva kibertəhlükəsizlik probleminə xüsusi diqqət yönəltdi. Göstərildi ki, əsas məqsəd yalnız texniki sahədə müdafiə resursları ilə bahəm, eləcə də öncə milli informasiya təhlükəsizliyi sisteminin, rəqəmsal suverenliyin yaradılması, sonra informasiya infrastrukturunun qorunması, daha sonrfa kibertəhlükəsizlik üzrə peşəkarların yetişdirilməsi ilə, nəhayət, beynəlxalq əməkdaşlığın genişləndirilərək, uğurlu dünya modeli təcrübələrinin öyrənilməsidir.

Birinci vitse-prezident onu da qeyd etdi ki, rəqəmsallaşmada vaciblik dövlət idarəetmə sisteminin daha tez, operativ, şəffaf və keyfiyyətli təşkilidir. Burada birinci, Vahid informasiya bazaları, ikinci, inteqrasiya edilən informasiya şəbəkələri və üçüncü, elektron qərar qəbuletmədə dövlət xidmətlərinin səmərəliliyinin artmasıdır. İnsan faktorundan meydana çıxan yalnışlıq, səhv azalır. Bu dövlət-hakimiyyət-vətəndaş qarşılıqlı münasibətlərində etibarlılığı artıran yeni qarşılıqlı etimad modeli siyasi fəlsəfəsidir.

Dünya təcrübəsi və milli maraqlar

Azərbaycan üçün rəqəmsallaşmanın dünya təcrübəsi modellərinin öyrənilməsi aktual əhəmiyyət kəsb edir. Çin modeli, Sinqapurun rəqəmsallaşan idarəetmə modeli, Estoniyanın elektron hökümət təcrübəsi, Yaponiyanın İKT imkanları, ABŞ-nın, Fransa, Kanada, Böyük Britaniya modeli, Cənubi Koreyanın innovativ iqtisadi yüksəlişi, Finlandiyanın elm-rəqəmsal təhsil sistemi, Birləşmiş Ərəb Əmirliklərinin süni intellekt mexanizmi, Qazaxıstan modeli və s. uğurlu nümunələrin öyrənilməsi zəruridir. Hər bir dövlətin süni intellektlə bağlı sosial-iqtisadi göstəricisi çox müxtəlifdir.

Beynəlxalq təcrübənin eynilə tətbiqi yox, onun milli mənafe və maraqlara, iqtisadi ehtiyaclara və ölkənin milli prioritetlərinə adaptasiyası əsas olmasıdır. Birinci vitse-prezidentin şura sədri olaraq məruzəsində məhz bu kimi siyasi-mənəvi, siyasi-hüquqi baxış qeyd edilərək göstərildi ki, xarici təcrübədən istifadədə ölkənin milli maraqlarına, təhlükəsizliyinə və inkişaf imkanlarına uyğunluğu da diqqətə alınmalıdır.

Heydər Əliyev Fondu və süni intellekt arxitekturası

Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu süni intellekt və rəqəmsal texnologiyalardan istifadə istiqamətində bir sıra layihələrə dəstək verib ki, bu da əsasən təhsil, elm və innovasiya yönümlü təşəbbüslərdir. Belə ki, Heydər Əliyev Fondunun STEAM layihələri məktəblərdə robototexnika, proqramlaşdırma və Süni İntellekt üzrə “Bacarıqların” inkişafına kömək edən,

STEAM təhsilinin dəstəklənməsini ehtiva edən göstəricilərdir.

Beynəlxalq SI əməkdaşlığı – 2025-ci il 8 dekabrda ICESCO və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə Heydər Əliyev Fondu Bakıda “İslam dünyası üçün süni intellekt indeksinin təqdim edilməsi” beynəlxalq konfransında süni intellektin inkişafı, etik məsələlər və təhsildə tətbiqi məsələləri ətrafında geniş müzakirə aparıbdır. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Sİ üzrə təhsil, beynəlxalq əməkdaşlıq, elmi müzakirələr və innovasiya ekosisteminin inkişafına dəstək verilməsinə də yardımçı olur.

Hedər Əliyev Fondu rəqəmsal inklüzivlik – görmə məhdudiyyətli şəxslərin İKT-yə çıxışı üçün layihələrə də dəstək verilərək xüsusi texnologiyalarla təchiz olunmuş tədris mərkəzlərinin yaradılmasını həyata keçirib

Mehriban Əliyevanın rəhbərliyi ilə fondun süni intellekt və rəqəmsallaşma sahəsində çoxşaxəli fəaliyyəti əsasən: təhsilin inkişafı; mədəni irsin qorunması; beynəlxalq əməkdaşlıq və s.istiqamətlərdə aparılır. Qurum bu texnologiyaların cəmiyyətə inteqrasiyasını dəstəkləyərək, qlobal səviyyədə təşəbbüsləri də həyata keçirir.

“Dövlət informasiya sistemlərinin hökumət buluduna, “miqrasiyası” və “yeni data” mərkəzinin tikintisi üzrə işlərin davam etdirilməsinə dəstək sahəsində Azərbaycanda “Milli Məlumat Hövzəsi” yaradılıbdır. “Mygov” platformasının xidmət dairəsinin genişləndirilməsi son 3 ayda istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona çataraq, artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunması, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə verilməsi də Şurasının iclasında Şura Sədrinin nəzərinə yetirilibdir.

Fəaliyyət planının əsas prioritetlərindən birinin ölkədə süni intellekt olması, “Mygov” və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirilməsi, virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi prosesi də həyata keçirilir.

Fikrimizi Xanım Mehriban Əliyevanın sözləri ilə yekunlaşdırırıq: “Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, həm də yeni təhlükələr yaradır”.

Rəna MİRZƏZADƏ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью