Birinci xanımlar Bişkekdə sərgidə FOTOLENT

01.09.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Qırğızıstanın birinci xanımı Ayqul Japarova dörd ölkənin birinci xanımını qırğız mədəniyyəti ilə tanış edib.

Lent.az xəbər verir ki, Ayqul Japarova ilə birlikdə Bişkekdə keçirilən unikal əl işləri sərgisini Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Çinin birinci xanımı Pen Liyuan, Türkiyənin birinci xanımı

Əminə Ərdoğan və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ziyarət ediblər.

Sərgidən sonra qonaqlar üçün konsert proqramı təşkil olunub. Uşaq yaradıcılıq kollektivlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının iclası və Dünya Köçəri Oyunları çərçivəsində müxtəlif ölkələrin nümayəndə heyətləri Qırğızıstana səfər ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью