Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Yanvar-iyun aylarında ölkədən 12 milyard 364,9 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 4 milyard 541,6 milyon dollar olub.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında isə Azərbaycandan 4 milyard 68,5 milyon dollar dəyərində yəni, 11 milyard 825,6 milyon kubmetr təbii qaz ixrac edilib.