Birinci yoldaşını, sonra özünü güllələdi Lənkəranda dəhşətli qətl

21.02.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün rayonun Kərgəlan kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşını güllələyərək öldürüb. Daha sonra o, eyni silahla özünə atəş açaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью