Birini 20 min dollara alırlar Ölkədə meymun böhranı başladı!

08.11.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

ABŞ-nin əczaçılıq sənayesi laboratoriya meymunlarının ciddi çatışmazlığı ilə üzləşib.

Musavat.com xəbər verir ki, elmi tədqiqatlarda istifadə olunan makakaların qiyməti son illərdə kəskin artaraq 20 min dolları ötüb.

2019-cu ildə təxminən 3 min dollara satılan bir makakanın qiyməti hazırda 20 min dollardan çoxdur. TechCrunch nəşrinin məlumatına görə, Çin isə bir meymun üçün təxminən 26 min dollar tələb edir.

ABŞ laboratoriyaları hər il xarici ölkələrdən təxminən 20 min meymun idxal edir. Bu heyvanlardan əsasən yeni dərman preparatlarının hazırlanması, təhlükəsizliyinin yoxlanılması və müxtəlif tibbi tədqiqatlarda istifadə olunur.

2020-ci ilə qədər Çin ABŞ-yə idxal edilən laboratoriya meymunlarının təxminən 60 faizini təmin edirdi. Lakin Pekinin həmin il ixraca məhdudiyyət qoymasından sonra Amerika laboratoriyaları alternativ mənbələr axtarmağa başlayıb.

Əsas təchizatçılardan birinə çevrilən Kambocada isə 2022-ci ildə ciddi qalmaqal üzə çıxıb. Araşdırmalar zamanı vəhşi təbiətdən tutulan meymunların əsirlikdə yetişdirilmiş heyvanlar kimi təqdim edildiyi müəyyənləşdirilib.

Yaranmış böhran ABŞ-də laboratoriya meymunlarının yetişdirilməsi üçün iri təsərrüfatların yaradılması planlarını gündəmə gətirib.

Palantir şirkətinin həmtəsisçisi Co Lonsdeylin dəstəklədiyi Safer Human Medicine startapı ABŞ ərazisində böyük meymun yetişdirmə mərkəzi qurmağı planlaşdırır.

Şirkət qarşıdakı 20 il ərzində 30 min makaka yetişdirməyi hədəfləyir. Layihənin əsas məqsədi Amerika laboratoriyalarının xarici ölkələrdən asılılığını azaltmaq və elmi tədqiqatlar üçün heyvan təminatını sabitləşdirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью