Birinin 14, digərinin 13 il həbsi tələb edildi

24.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Hüquq müdafiəçisi Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında, qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda qaçaqmalçılıq, vergiləri ödəməkdən yayınma və rəsmi sənədləri saxtakarlaşdırmaqda təqsirli bilinmələrini, Anar Məmmədlinin 14, Anar Abdullanın isə 13 il azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью