Birjadan Sizin Lombard ın istiqrazları ilə bağlı qərar

01.12.2025

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin (Sizin Lombard brendi) 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Marja.az Birjaya istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1000 manat olan, 2000 ədəd qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.12.2025-ci il tarixində keçiriləcəkdir.  İllik gəlirlilik faizi 15% təşkil edir. 

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2039020287

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı: 2000 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

İstiqrazların buraxılış həcmi: 2,000,000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə Periodu:  Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir

Tədavül müddəti:  7 il

Ticarətə buraxılma tarixi:  05.12.2025

Anderrayter:   “İnvest-AZ İnvestisiya Şirkəti” QSC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью