“Birkart”larla bağlı mühüm dəyişiklik Oktyabrın 1 dən qüvvəyə minib

07.10.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"Birkart Bank Olmayan Kredit Təşkilatı"nın adı dəyişdirilib.

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, təşkilat bundan sonra "Bir Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC adlanacaq.

Qərar oktyabrın 1-dən qüvvəyə minib. Toyuqlu pizza

"Bir Kredit Bank Olmayan Kredit Təşkilatı"  MMC-nin nizamnamə kapitalı 99 835 580 manatdır. Qanuni təmsilçisi isə Tural Naib oğlu Məmmədlidir.

Ad dəyişikliyinə baxmayaraq təşkilatın hüquqi ünvanı dəyişməyib və əvvəlki kimi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153, "Port Baku Tover"də yerləşir.

Qeyd edək ki, "Bir Kredit Bank Olmayan Kredit Təşkilatı 2018-ci ildə yaradılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью