Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Milli ideologiyamızın təbliği önəmlidir...
Azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Ona görə ki, dövlətin möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bu ideologiya əsaslı rol oynayır.
Daha dəqiq desək, azərbaycançılıq ideologiyası həm də birləşdirici missiyanı həyata keçirir.
Azərbaycançılığın ictimai fikirdə aparıcı yer tutmasının və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəbi onun xalqımızın tarixi keçmişi, bu günü və gələcəyi ilə sıx şəkildə bağlı olmasından irəli gəlir.
Azərbaycançılıq ideyası ölkəmizdəki dini-etnik qrupların maraqlarına cavab verən, onların qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən milli həmrəylik mənbəyidir.
Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli-mənəvi dəyərlərə sadiq olan, təşəbbüskarlığı ilə ictimai həyatda fəal rol oynayan, vətənini və xalqını sevən insanlar kimi görmək istəyirdi.
Ona görə də Ümummilli lider vətəndaşlarımızı bir amal və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideyasını milli ideologiya səviyyəsinə qaldırdı.