Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az-ın xəbərinə görə, kapitalın əvvəlki illərin bölüşdürülməmiş xalis mənfəəti hesabına artırılması qərara alınıb.
Beləliklə, hər birinin nominal dəyəri 2,45 manat təşkil edən 30 mln 188 min 200 ədəd
adi, sənədsiz adlı səhmin nominal dəyərinin 6,65 manata artırılması təsdiq edilib.
Nizamnamə kapitalının artırılması nəticəsində səhmlərin ümumi sayı dəyişməz
saxlanılmaqla, hər bir səhmin nominal dəyərinin 6,65 manat, buraxılış daxilində
səhmlərin məcmu nominal dəyəri isə 200 mln 751 min 530 manat təşkil edib.
Xatırladaq ki, ötən günlərdə "Bank Respublika" ASC-nin "AccessBank"ın səhmlərinin 100 faizini alması ilə bağlı razılığa gəlindiyi açıqlanmışdı.
Könül