Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Böyük Britaniya Krallığının Arktikada Şimali Avropa ölkələrinin ümumi hərbi təlimlərini təşkil etmək barədə təklifi qəbul olunub.
Reyting.az-ın məlumatına görə, Qərb mediası yazır ki, Böyük Britaniyanın rəhbərliyi ilə Birləşmiş Ekspedisiya Korpusu 2026-cı ildə nəzərdə tutulan Arktika, Şimali Atlantika və Baltik regionunda "Lion" hərbi təlimlərinə start verəcək.
Böyük Britaniyanın müdafiə naziri Con Hili Kopenhagendə danimarkalı həmkarı Troels Lund Poulsenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, artıq razılaşma əldə olunub.
Təlimlərdə yüzlərlə hərbçi, gəmilər, təyyarələr, pilotsuz uçuş aparatları iştirak edəcək. Hərbi təlimin əsas məqsədi təhlükələrin qarşısının birgə alınması və müttəfiqlərin təhlükəsizliyini gücləndirməkdir.
İlk dəfə 2014-cü ildə Böyük Britaniyanın təşəbbüsü ilə yaradılmış Birləşmiş Ekspedisiya Korpusuna Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya daxildir. Birlik mütəmadi olaraq birgə təlimlər keçirir.
Oqtay QORÇU